...

"Nikoyl" Bank bağlanmış filialları ilə bağlı müştərilərinə müraciət etdi

İqtisadiyyat Materials 8 Sentyabr 2016 18:50 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "Nikoyl" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı filiallarının lisenziyası geri çağırılıb.
"Nikoyl" Bank bağlanmış filialları ilə bağlı müştərilərinə müraciət etdi

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "Nikoyl" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı filiallarının lisenziyası geri çağırılıb.

Bankdan Trend-ə verilən məlumata görə, "Nikoyl" Bank tənzimləyici orqanların qərarlarına həmişə olduğu kimi hörmətlə və anlayışla yanaşır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq, bank dərhal dörd satış nöqtəsini bağladı. Bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin yeni mərhələsi kimi dəyərləndirir. Rəhbərlik dəyişikliyindən sonra "Nikoyl" Bank filial şəbəkəsinin və xərclərinin optimallaşdırılması ilə fəal məşğul olmağa başladı.

Bank, həmçinin texnoloji inkişafın artırılmasına və maliyyə davamlılığına investisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixində Moskva şəhərində "Nikoyl" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilib və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilib.

“Nikoyl” Bankın filialları bağlandı

“Nikoyl” Bankın filialları bağlandı

Qeyd etmək lazımdır ki, "Nikoyl" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. Və bu gün bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilib.

"Nikoyl" Bank öz müştərilərinə müraciət edərək bildirir ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı, 5 saylı və 11 saylı filiallar arasında paylanacaq.

1 saylı və 13 saylı filialların müştəriləri - Bakı şəhəri, Səməd Vurğun küç., 166 ünvanında yerləşən 3 saylı filialında xidmət olunacaqlar.

2 saylı filialın müştəriləri - Bakı şəhəri, Hüseyn Cavid pr., ev “A” ünvanında yerləşən 11 saylı filialında xidmət olunacaqlar.

9 saylı filialın müştəriləri - Bakı şəhəri, AZ 1025, Xocalı pr., 24 ünvanında yerləşən 5 saylı filialında xidmət olunacaqlar.

Bu gün "Nikoyl" Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti