Bakı. Trend:
Belarus regionun inteqrasiya prosesində vacib iştirakçıdır.
Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Minskdə 2030-cu ilə iqtisadi inteqrasiya və davamlı inkişaf məsələlərinə həsr olunmuş konfransda bildirib.
Nazir müavininin sözlərinə görə, konfrans müasir çağırışların müzakirəsi baxımından yaxşı platforma oldu:
"Bu dəyişən şərtlərdə ümumi fəaliyyət strategiyasının birgə işlənməsi zəruridir. Bu məsələlər Azərbaycan üçün də çox vacibdir".
S.Məmmədov vurğulayıb ki, Azərbaycan regional inteqrasiya birliklərində fəal iştirak edir, bütün aktual məsələlər üzrə öz fikirlərini bildirir.