...

Vergilər naziri Ucarda vətəndaşlarla görüşüb (FOTO)

İqtisadiyyat Materials 23 Dekabr 2016 15:32 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Ucar rayonunda Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Vergilər naziri Ucarda vətəndaşlarla görüşüb  (FOTO)

Bakı. Trend:

Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Ucar rayonunda Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Nazirliyin analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti