...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

İqtisadiyyat Materials 13 Mart 2017 10:55 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə satın alınmasını elan edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə
satın alınmasını elan edib.

QSC-dən Trend-ə verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üçün təsərrüfat mallarının alınması ilə bağlı 14.03.2017-ci il tarixdə elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

Satınlalma üzrə ilkin sənədlər 27.03.2017-ci il saat 18:00-dək, təklif zərflərinin isə 30.03.2017-ci il saat 18:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 31 mart 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər. Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti