...

Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

İqtisadiyyat Materials 25 May 2017 17:26 (UTC +04:00)
Daşkənddə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib
Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

Bakı. Yelena Kosolapova - Trend:

Daşkənddə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib.

Trend bu barədə “Qazaxıstan dəmir yolları” şirkətinə istinadən məlumat verir.

Tədbir zamanı Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycan limanlarından keçməklə Qara dəniz hövzəsi və Avropaya çatdırılması üçün alternativ yol olaraq bu marşrut vasitəsilə daşınması məsələsi müzakirə edilib.

Dəyirmi masada Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yolları, nəqliyyat-logistika şirkətlərinin, diplomatik missiyaların və biznes-strukturların nümayəndələri iştirak edib.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Ukraynadan keçməklə Avropaya gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti