...

13 əmlak, 4 nəqliyyat vasitəsi özləlləşdirilib (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2017 12:43 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyun ayının ilk hərracı keçirilib.
13 əmlak, 4 nəqliyyat vasitəsi özləlləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir.

Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və Nərimanovda yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”ı, İmişli rayonunda yerləşən 2 saylı yanacaq doldurma məntəqəsi aiddir. Qeyd edilməlidir ki, “Metal və ərzaq anbarı”ının torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxındır. 2 saylı yanacaq doldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə, Qubada yerləşir. Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Yasamalda, Xətaidə,və Nəsimi rayonundadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Gəncədə yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 14,2 kv.m ilə 107,3 kv.m arasında dəyişir. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 14,2 kv.m olan qeyri-yaşayış sahəsidir.

Komitə tərəfindən növbəti belə hərrac 13 iyun tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılacaq. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti