...

Azərbaycanda torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq aparılıb

İqtisadiyyat Materials 20 İyun 2017 12:00 (UTC +04:00)
Azərbaycanda torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq aparılıb .
Azərbaycanda torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq aparılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq aparılıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 12-16 iyun tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “MTF/AZE/007/STF– Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində CYMMIT-in (Buğda və qarğıdalının yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz) Ankara ofisinin əməkdaşları iştirakı ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı, Şəki, Bərdə və Kürdəmir rayonları ərazisində monitorinq aparılıb.

Qeyd olunur ki, əsasən nematodlar və Fuzarium cinsi göbələklər olmaqla torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq həyata keçirilib. Monitorinq müddətində Şəki və İsmayıllı rayonları ərazilərindəki suvarılmayan dağlıq/dağətəyi, Bərdə və Kürdəmir rayonlarının isə suvarılan, düz ovalıq sahələrinin buğda sahələrindən torpaq nümunələri toplanılıb, Ekspertiza Mərkəzinin laboratoriyalarının əməkdaşlarının iştirakı ilə nümunələrin ilkin işlənməsi həyata keçirilib.

Sista əmələgətirən və hərəkətli nematodların aşkarlanması üçün isə torpaqdan nematodların ekstraksiyası yerinə yetirilib. Daha sonra nümunələrdə Fusarium culmorum göbələyinin aşkar olunması üçün nümunələrin qidalı mühitdə əkini aparılacaq. Bundan başqa, CYMMIT əməkdaşları tərəfindən Ekspertiza Mərkəzinin mütəxəssisləri üçün müxtəlif brifinqlər keçirilib.

Monitorinqdən sonra təlimin üçüncü hissəsi kimi torpaq nümunələrindən ekstraksiya olunan nematodlar və göbələklər identifikasiya üçün Türkiyə Respublikasına aparılacaq və Dövlət Fitosanitar Nəzarət Xidməti Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşlarının iştirakı ilə identifikasiyası həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti