...

Bakı Limanında qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5% artım qeydə alınıb (FOTO)

İqtisadiyyat Materials 5 İyul 2017 15:37 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də 2017-ci ilin birinci yarım ilində qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5% artım qeydə alınıb.
Bakı Limanında qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5% artım qeydə alınıb (FOTO)

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də 2017-ci ilin birinci yarım ilində qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5% artım qeydə alınıb.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyatların tətbiqi üçün fəaliyyətini davam etdirib. 2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb. Ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-ə qədər artaraq 1 900 min ton təşkil edib. Yükaşırmanın 89%-i tranzit yükaşırmanın payına düşüb.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5 773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5 961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14 478 nəfər olub.

Eyni zamanda, nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16 204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10 154 ədədi (62.7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin birinci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti