...

Asiya İnkişaf Bankının icraçı direktoru Azərbaycandadır

İqtisadiyyat Materials 18 Sentyabr 2017 18:21 (UTC +04:00)
Asiya İnkişaf Bankının icraçı direktoru Azərbaycanda səfərdədir.
Asiya İnkişaf Bankının icraçı direktoru Azərbaycandadır

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti