...

Beynəlxalq Bankdan təhsil işçilərinə zaminsiz, komissiyasız, endirimli nağd pul krediti

İqtisadiyyat Materials 4 Oktyabr 2017 11:12 (UTC +04:00)
Müəllimlərimizə hər zaman böyük dəyər verən Azərbaycan Beynəlxalq Bankı 5 oktyabr “Müəllimlər günü” münasibətilə təhsil işçiləri üçün özəl kampaniyaya başlayıb.
Beynəlxalq Bankdan təhsil işçilərinə zaminsiz, komissiyasız, endirimli nağd pul krediti

Bakı. Trend:

Müəllimlərimizə hər zaman böyük dəyər verən Azərbaycan Beynəlxalq Bankı 5 oktyabr “Müəllimlər günü” münasibətilə təhsil işçiləri üçün özəl kampaniyaya başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir təhsil işçisi 3 oktyabr tarixindən 16 oktyabr tarixinə qədər davam edəcək bu kampaniya çərçivəsində nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 15.000 manatadək

• Kreditin müddəti - 36 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq

• Kredit 3000 manata qədər olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti