Bakı. Trend:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Azərbaycan Respublikası Dövlət Satınalmaları Qanununa əsasən “2 ədəd mövcud kranın modernləşdirilməsi” üzrə açıq tender elan edir.
Bu barədə Trend-ə QSC-dən məlumat verilib.
1. Modernləşdirilmə işlərinin cədvələ uyğun aparılmasını təmin etmək;
1.1. Kranların ekspertizası;
1.2. Modernləşdirilmə;
1.3. Daşınma (Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı);
1.3. Quraşdırılma;
1.4. Təhvil-təslim və işə salınma.
2. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- İddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- Məsul şəxsin imza səlahiyyətini təsdiq edən sənəd;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının portal kranların istehsalı və modernləşdirilməsi sahəsində ən azı 5 (beş) il iş təcrübəsi haqqında məlumat (korporativ müştərilərin adı, ünvanları, əlaqə nömrələri, tövsiyyə məktubları);
- Son 2 (iki) il ərzində kənar audit şirkəti tərəfindən təqdim olunmuş illik maliyyə hesabatı;
- Tender təklifi iki nüsxədə (orijinal və surəti) Azərbaycan (yerli iddiaçılar üçün) və ya İngilis (xarici iddiaçılar üçün) dillərində zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmaqla;
- Tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) (Əsas Şərtlər Toplusuna istinadən;
- İddiaçıların kvalifikasiyasına dair Əsas Şərtlər Toplusunda müəyyənləşdirilmiş digər məlumatlar.
3. İddiaçılar imzalanmış və möhürlənmiş tender təklifini və bank təminatını yazılı şəkildə ikiqat zərfdə 24 noyabr 2017 saat 17:00 (Bakı vaxtı ilə) tarixinə qədər, digər möhürlənmiş və imzalanmış tələb olunan sənədlər isə bağlı zərfdə 15 noyabr 2017 saat 17:00 (Bakı vaxti ilə) tarixinə qədər tender əlaqələndirici şəxsə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inzibati binasının yerləşdiyi Ü. Hacıbəyov küç. 72 ünvanda təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər və sənədlər açılmadan geri qaytarılacaqdır və iddiaçılar tenderdə iştirak etmək üçün buraxılmayacaqlar.
4. Tenderdə iştirak haqqı 3400 (üç min dörd yüz) manat və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsinə görə ABŞ dolları ilə aşağıdakı bank hesabına köçürülməlidir:
Bank rekvizitləri:
Bank: “Kapital Bank” ASC-nin Səbail filialı
Kod: 200059
M/H: AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
VÖEN: 9900065281
Beneficiary AZN account: AZ27AIIB33010019443500206105
Beneficiary USD account :
AZ17AIIB33110018403500206105
Cor. acc: 36089289
Cor. Bank: Citi bank N.A New York, USA
SWIFT of cor. bank: CITIUS33
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. İş və xidmətlərin təhvil verilmə müddəti, satınalma müqaviləsinin imzalanma tarixindən 7 (yeddi) ay müddətindən gec olmamalıdır.
6. Qiymətləndirmə meyarları: maliyyə və texniki amillərdir.
7. Tenderdə iştirak etmək istəyənlər Azərbaycan və ya İngilis dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu Bakı ş. AZ1000, Ü. Hacıbəyov küç. 72, ünvanında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inzibati binasından tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etməklə ala bilərlər
Əlaqələndirici şəxslər:
Hüseyn Məmmədli
Tel.: +994 12 599 00 03 (əlavə 1400)
Email: [email protected]
Aytəkin Haciyeva
Tel.: +994 12 498 91 84
Email: [email protected]
Tender Komissiyası