...

Bakı Şopinq Festivalında lotereya sevinci

İqtisadiyyat Materials 2 Noyabr 2017 17:54 (UTC +04:00)
Lotereyada olacaq uduşlar açıqlandı
Bakı Şopinq Festivalında lotereya sevinci

Bakı. Trend:

Oktyabrın 15-dən paytaxt Bakıda yerli əhalinin, eləcə də şəhərimizin qonaqlarının böyük maraq və sevincinə səbəb olmuş II Bakı Şopinq Festivalı daimi yeniliklərlə hər kəsi daha da sevindirməyi bacarır.

İnsanları Bakı Şopinq Festivalından faydalanmağı, eyni zamanda sevindirməyi qarşısına məqsəd qoyan təşkilatçılar, hər birinizi bu festival çərçivəsində lotoreya uduşlarına dəvət edir.

Söz verildiyi kimi, festivalda iştirak edən mağazalardan əldə etdiyiniz kuponların lotoreya uduşlarının sayı və çərçivəsi açıqlandı. Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Bu lotereyaların uduşunda festival iştirakçısı olan mağazalarda həm yerli vətəndaşlar, həm də şəhərimizin əcnəbi qonaqları iştirak edə biləcəklər.

Bakı Şopinq Festivalının son iki həftəsi ərzində keçirilən lotoreya hamını qazandırmağa davam edir! Lotereya iştirakçılarına 20 ədəd TV, 20 ədəd kamera, 20 ədəd mobil telefon, 20 ədəd tozsoran, 20 ədəd soba hədiyyə olaraq təqdim olunacaq. Bununla yanaşı, bu linkdə göstərilən saysız-hesabsız hədiyyələrin sahibi ola bilərsinz http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/ !

Lotereyada necə iştirak etmək olar? Çox asan!

Bu gündən etibarən 25 noyabradək Festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz "Festival Sürprizləri" adlı ani stilmullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanırsınız! Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanızı Bakı Şopinq Festivalının "Məlumat Masası"-na təqdim edin və dəyərli prizləri dərhal əldə etmək şansını qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 bilet düşür. Bileti yerində pozun və bir-birindən dəyərli uduşlar qazanın!

Lotereya haqqında ətraflı məlumat www.bakushopfest.com/lotereya/

15 oktyab-15 noyabr müddətində Bakı Şopinq Festivalında iştirak edən mağazalarda Tax Free xidmətindən yararlanan hər bir alıcı Vergi Hesab Fakturasını təqdim etməklə festival lotereyasının iştirakçısı ola bilər.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi cari ilin 15 oktyabr-15 noyabr tarixlərinə nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti