...

Ötən il 206 min hektar torpaq icarəyə verilib

İqtisadiyyat Materials 29 Yanvar 2018 10:48 (UTC +04:00)

Bakı. Trend:

Kənd təsərrüfatı məqsədi ilə 2017-ci il ərzində 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirilib.

Qeyd olunub ki, aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 Aqropark yaradılıb.

Bu dövrdə rayonlarda torpaq idarəçiliyi ilə bağlı 24 maarifləndirici İşgüzar Forumlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti