...

Venesuela artıq ikinci kriptovalyutasını buraxır

İqtisadiyyat Materials 22 Fevral 2018 10:02 (UTC +04:00)
Venesuela dövriyyəyə ikinci kriptovalyutasını buraxmağa hazırlaşır.
Venesuela artıq ikinci kriptovalyutasını buraxır

Bakı. Trend:

Venesuela dövriyyəyə ikinci kriptovalyutasını buraxmağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Qeyd edək ki, bu, artıq 1 ay ərzində Venesuelanın buraxdığı ikinci kriptovalyutadır.

Prezidentin sözlərinə görə, "qızıl El Petro" artıq növbəti həftə dövriyyəyə buraxılacaq. Məlumata görə, bu kriptovalyuta bir həftə öncə dövriyyəyə çıxan "həmqardaşı" ilə eyni parametrlərə malik olacaq.

Qeyd edək ki, fevralın 20-da Venesuelanın ilk kriptovalyutası "El Petro" dövriyyəyə buraxılıb.

Bundan 1 gün sonra isə ölkə prezidenti Nikolas Maduro isə ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyuta ilə satmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti