...

Əmanətlərin dollarlaşma göstəricisi azalıb (FOTO)

İqtisadiyyat Materials 14 Mart 2018 16:51 (UTC +04:00)
2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80 faizdən 66 faizə enib.
Əmanətlərin dollarlaşma göstəricisi azalıb (FOTO)

Bakı. Trend:

2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80 faizdən 66 faizə enib.

"Caspian European Club"dan Trend-ə verilən məlumata görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində "CEO Lunch"da iştirakı zamanı deyib.

İ.Alışov çıxışı zamanı ölkədə istər iqtisadiyyat, istərsə də bank sektorunda həyata keçirilən islahatların müsbət nəticəsini qeyd edib. Onun sözlərinə görə, son aylarda bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur. “Bundan əlavə, ilk özəl kredit bürosunun və kredit zəmanət mexanizminin yaradılması və fəaliyyətə başlaması, həmçinin daşınan əmlak reyestrinin yaradılması ilə bağlı işlərin yekunlaşması biznesin maliyyə xidmətlərinə daxil olma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

O əlavə edib ki, əhalinin əmanətlərinin artımı müsbət hal olmaqla yanaşı, həm də öz növbəsində bank sektoruna etibarın göstəricisidir. “Belə ki, əhalinin əmanətlərinin göstəricisi 2017-ci il ərzində 1,5 faiz (110 milyon manat) artaraq, 7,5 milyard manatı keçib. Son il ərzində milli valyutanın sabit kursu əmanətlərin dedollarlaşma prosesinin sürətlənməsinə səbəb olub (2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80 faizdən 66 faizə enib)”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti