...

Azərbaycan-İran birgə avtomobillərinin QİYMƏTLƏRİ açıqlandı

İqtisadiyyat Materials 5 Aprel 2018 16:08 (UTC +04:00)

Neftçala. İlkin Şəfiyev - Trend:

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq.

Trend-in məlumatına görə, bunu zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümayəndəsi Emin Axundov deyib.

E. Axundovun szölərinə görə, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. E.Axundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

Qeyd edək ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti