...

Azərbaycanda bruselyoz xəstəliyinin qarşısı alınacaq - NECƏ?

İqtisadiyyat Materials 18 Aprel 2018 13:26 (UTC +04:00)
Bruselyoz xəstəliyinə qarşı həyata keçirilən mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında da aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq.
Azərbaycanda bruselyoz xəstəliyinin qarşısı alınacaq - NECƏ?

Bakı. Trend:

Aprelin 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasi" mövzusuna dair seminar keçiriləcək.

DBNX-dan Trend-ə verilən məlumata görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutacaq.

Seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Dünya Bankının, ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatları olacaq.

Bruselyoz xəstəliyinə qarşı həyata keçirilən mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında da aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti