...

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları artıb

İqtisadiyyat Materials 8 May 2018 12:43 (UTC +04:00)
2018-ci ilin yanvar-mart aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə yükdaşımalarının həcmi 300 min ton təşkil edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları artıb

Bakı. Əli Mustafayev - Trend:

2018-ci ilin yanvar-mart aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə yükdaşımalarının həcmi 300 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu “Qazaxıstan Dəmir Yolları”nın sədri Kanat Alpısbayev deyib.

Onun sözlərinə görə, Çin-Avropa əsas marşrutu üzrə konteyner əlaqəsi işə salınıb və bugünədək 8 min ton konteyner yükləri daşınıb.

O həmçinin qeyd edib ki, marşrut iştirakçıları yükdaşımalarının artırılması üzərində işləyir:

“Biz həmçinin Qafqaz regionu və Türkiyə istiqamətində buğda və paxla daşınması tələbatını nəzərə alırıq. Buğdanın nəql olunması gəmilərin sayı və keyfiyyətindən, eləcə də limanların yükboşaltma gücündən asılıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti