Vergilər Nazirliyi ödəyicilərə müraciət edib

Vergilər Nazirliyi ödəyicilərə müraciət edib

Bakı. Trend:

Vergilər Nazirliyi uzun illərdir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə vergi inzibatçılığında rəqəmsal modernləşdirmə prosesini inkişaf etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq edilməsi daxili sənəd dövriyyəsinin, hesabat-məlumat sisteminin tam elektronlaşdırılmasına, elektron xidmətlərin, xüsusilə də e-kargüzarlığın inkişafına təkan verib. Elektron vergi-hesab fakturalarının, e-bəyannamə və "onlayn kargüzarlıq" sistemlərinin və digər xidmətlərin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları verib. Bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa olaraq belə ifadə etmək olar: Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır.

Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməl etmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün şəffaflığı təmin etməyə xidmət edir.

Vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında birbaşa fiziki təmasların minimumlaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin “onlayn kargüzarlıq” sistemi vergi orqanı ilə sahibkar arasında məsafədən ünsiyyəti qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, hər bir vergi ödəyicisinə bu sistemdən yararlanmaq imkanı yaradılıb. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan hər bir vergi ödəyicisinə İnternet Vergi İdarəsində fərdi elektron qutu (e-qutu) yaradılır və ona qapalı zərfdə müvafiq istifadəçi kodu, parol və şifrə təqdim olunur.

Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır. Fərdi elektron qutuya malik vergi ödəyicisi nə əldə edir:

Birincisi, vergi orqanı ilə elektron yazışmalara keçən ödəyici üçün ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsinə zərurət qalmır, sahibkar vaxt və resurs itkilərinə məruz qalmır.

İkincisi, e-qutunun tətbiqi sayəsində vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanır.

Üçüncüsü, vergi ödəyicilərinə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir.

Dördüncüsü, bu sistem üzərindən edilən bütün müraciətlər rəsmi sənəd statusuna malik olur. Vergi orqanından vergi ödəyicilərinə, eləcə də vergi ödəyicilərindən vergi orqanına ünvanlanan müraciətlər və verilən cavablar arxivləşdirilərək vergi ödəyicisinin fərdi e-qutusunda toplanır. Sahibkar istənilən vaxt bu cavablardan rəsmi statuslu sənəd olaraq istifadə edə bilər.

Beşincisi, vergi ödəyiciləri onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanı daxilində hərəkətini «real vaxt» rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər.

Altıncısı, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da e-qutudan istifadə edə bilərlər. Vergi orqanlarının istifadəçilərə və vergi ödəyicilərinin bir-birinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatır, istifadəçilərə məxsus olan qutuya toplanır və məktublara internet vasitəsilə istənilən yerdə baxmaq mümkün olur.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin əməkdaşı Şahin Musabəyov vergi ödəyicilərinə mütəmadi olaraq “onlayn kargüzarlıq” sistemi vasitəsilə elektron qutularını yoxlamalarını tövsiyyə edir: “Vergi ödəyicisinin İnternet Vergi İdarəsinin “Onlayn Kargüzarlıq” bölməsinə vergi orqanı tərəfindən göndərilən sənədin göndərilmə tarixindən 5 təqvim günü keçdikdə və sənəd oxunulmamış qalarsa, növbəti gün ona məktubun oxunulması barədə SMS göndərililir. Beləliklə, vergi ödəyicisi fərdi e-qutuda oxunulmamış məktubun olması barədə məlumatlandırılır. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan şəxslərlə yanaşı, gücləndirilmiş elektron imza, o cümlədən ASAN imza sahibləri də onlayn karguzarlıq sistemindəki fərdi e-qutularından yararlana bilərlər”.

Şahin Musabəyov elektron qutudan istifadənin vacibliyini belə izah edir: “Məsələn, vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə göndərilən bildiriş onun ünvanına vaxtında yetişməyə və bununla da vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi və vergi ödəyicisinin onu oxuması üçün isə cəmi bir neçə saniyə lazımdır. Bundan əlavə, bu sistemə müraciət edən bütün vətəndaşlar Vergilər Nazirliyinə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər. Xüsusi qeyd edim ki, həmin sistem vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi status alır”.

Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev son dövrlərdə fərdi elektron qutulardan istifadənin artdığını bildirir. Bununla belə, vergi ödəyicilərinin ümumi sayına münasibətdə proses qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, təcrübədə, bəzən, elə vergi ödəyicilərinə rast gəlmək olur ki, onlar elektron qutudan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etmirlər. Halbuki elektron qutudan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bu xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini başa düşürlər. Fərdi elektron qutular müasir zamanda hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadədir.

M.Quliyev bildirir ki, internetə çıxışı məhdud olan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergi ödəyicilərinə xidmət terminallarından e-qutuya məlumat göndərə bilərlər: ”Biz, həmçinin müxtəlif üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergi ödəyicilərinin artıq böyük bir qismi e-qutunun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk”.

Beləliklə, vergi ödəyicilərinin fərdi elektron qutusunda oxunmamış sənədlər varsa, "onlayn kargüzarlıq" sisteminə daxil olaraq onlara göndərilmiş sənədlərlə tanış olmaları zəruridir. Bu sənədlərlə tanışlıq sahibkarların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinin həyata keçirilməsində olduqca faydalıdır. Fərdi elektron qutudan istifadə etməklə sahibkar vergi orqanı əməkdaşları ilə təmas etmədən, onlayn qaydada vergi öhdəlikləri ilə bağlı yaranmış bütün suallara cavab tapa, vergi orqanlarının suallarını cavablandıra, hər hansı uyğunsuzluqları dərhal aradan qaldıra bilər və beləliklə də, vaxt və resurs itkilərinə məruz qalmaz.

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Loading Bars
Xəbər lenti
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Bütün xəbərlər