Bakı. Trend:
Bitkoin Cənubi Koreyada kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbəri fonunda ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, gecə saatlarında "Bithumb" birjasına hücum nəticəsində 30 milyon dollara yaxın məbləğ oğurlanıb.
"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,12% ucuzlaşaraq 6 653 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti fərqli şəkildə dəyişib. Belə ki, "Ethereum" 1,16% və ya 525,07 dollaradək bahalaşıb, "Ripple" 1,22% (0,531 dollara qədər), "Bitcoin Cash" 0,59% (876,4 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 284,3 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.