...

Qida Təhlükəsizliyi Agentliyi yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət etdi

İqtisadiyyat Materials 14 İyul 2018 16:43 (UTC +04:00)
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.
Qida Təhlükəsizliyi Agentliyi yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət etdi

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.

Agentlikdən Trend-ə verilən məlumata görə, qurum ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaq.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti