...

"AzSığorta" iri həcmli sığorta ödənişləri edib

İqtisadiyyat Materials 23 İyul 2018 16:25 (UTC +04:00)
"AzSığorta" iri həcmli sığorta ödənişləri edib.
"AzSığorta" iri həcmli sığorta ödənişləri edib

Bakı. Trend:

"AzSığorta" şirkəti “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən subasma hadisəsi baş verib. Həmçinin Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısaqapanma baş verib. "AzSığorta" əmlaka dəymiş ziyanı qarşılayaraq müvafiq olaraq 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, ötən il ərzində də "AzSığorta" iri həcmli sığorta ödənişləri edib. Şirkət 2017-ci il ərzində ümumilikdə 9.1 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.

"AzSığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti