...

Balaxanı Sənaye Parkına tur təşkil edilib (FOTO)

İqtisadiyyat Materials 26 İyul 2018 13:03 (UTC +04:00)
ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA-Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.
Balaxanı Sənaye Parkına tur təşkil edilib (FOTO)

Bakı. Trend:

ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA-Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, məktəbin 3-cü həftəsində iştirakçılar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar.

Şagirdlərə təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə fəaliyyət göstərən rezidentlər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti