...

Yeni Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsi hazırlanır

İqtisadiyyat Materials 29 Noyabr 2018 12:27 (UTC +04:00)

Bakı. Trend:

Prezidentin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsi hazırlanır.

Trend-in məlumatına görə, dövlət başçısının qeyd olunan sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan Tədbirlər Planı layihəsində strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir.

Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də strategiyada əsas istiqamətlər kimi müəyyən olunub.

“Məşğulluq Strategiyası”nın 2019-2025-ci illər üçün Tədbirlər Planı layihəsinin hazırlanması işlərinin gələn ilin əvvəllərində yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti