...

Bu qurumun obyektləri ilə bağlı icazəsiz görüləcək işlərin siyahısı təsdiqlənib

İqtisadiyyat Materials 4 Dekabr 2018 10:25 (UTC +04:00)
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması üçün icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiq edilib.
Bu qurumun obyektləri ilə bağlı icazəsiz görüləcək işlərin siyahısı təsdiqlənib

Bakı. Elçin Mehdiyev - Trend:

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması üçün icazə alınması tələb olunmayan işlərin siyahısı təsdiq edilib.

Trend-in məlumatına görə, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti