...

Ucar və Ağdaşda 3 kəndə təbii qaz verilib

İqtisadiyyat Materials 25 Dekabr 2018 16:05 (UTC +04:00)

Bakı. Trend:

Ucar rayonunun daha iki kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Əlikənd və Ramal kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 321 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33 min 532 metr olan müxtəlif diametrli polad, polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağdaş rayonunda isə Orta Ləki kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Bildirilib ki, ümumilikdə 403 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 40 min 806 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti