...

"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

İqtisadiyyat Materials 17 Yanvar 2019 14:55 (UTC +04:00)
Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.
"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

Bakı. Samir Əli - Trend:

Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, növbətçilik sistemi bütün respublika üzrə təşkil edilib: "Dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb. Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində problem yaşanmayıb, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb".

Qurum rəsmisi deyib ki, əgər hər hansı bir qəza halı yaşanarsa, “Azəriqaz” İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti