...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada

İqtisadiyyat Materials 18 Fevral 2019 14:43 (UTC +04:00)
Maştağa qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada

Bakı. Trend:

Maştağa qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə vətəndaşa yönəlik “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə qeydiyyat xidmətlərini daha da əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə vətəndaşların ərazi idarəsinə getmək ehtiyacı aradan qaldırılır. Çevik xidmət və rahat müraciətə yönəlmiş növbəti kampaniya bu həftə Maştağada keçiriləcək.

Daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanmaq istəyən Maştağa qəsəbəsinin sakinləri fevralın 18-dən 22-dək saat 09:00-dan 17:00-dək Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hadi Şəfai küçəsi 37 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşa bilər.

Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, qəsəbə sakinləri hüquqi yardımın göstərilməsi üçün də müraciət edə bilər. Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. Mülkiyyət hüququnu həyata keçirərək leqal daşınmaz əmlaka sahib olmaq istəyən bütün vətəndaşlar səyyar xidmətlərdən yararlanmağa dəvət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti