...

Xəzər rayonunda “Kənddən şəhərə” bayram yarmarkası keçirilir (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2019 14:13 (UTC +04:00)
Mərdəkan qəsəbəsində “Kənddən şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
Xəzər rayonunda “Kənddən şəhərə” bayram yarmarkası keçirilir (FOTO)

Bakı. Trend:

“Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Kənd Təsərrufatı Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kənddən şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, (köhnə avtovağzalda) keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov satış yarmarkasının işi ilə tanış olublar.

Satış yarmarkası mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün ayrılmış yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçiriləcək.

Təşkil olunan yarmarkalarda azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. Həmçinin,“Kənddən şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti