Bakı. Elçin Mehdiyev - Trend:
“Gömrük ekspertizasının aparılması Qaydaları”na dəyişikliklər edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən gömrük eksperti qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edə bilər.
Daha əvvəl təqdim edilmiş materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasının aparılmasından imtina edilməsi mümkün idi.