...

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb

İqtisadiyyat Materials 3 Aprel 2019 09:06 (UTC +04:00)
Sinqapurun "Singapore Airlines" aviaşirkəti dünyanın ən yaxşı aviaşirkətlər reytinqinə başçılıq edir.
Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb

Bakı. Trend:

Sinqapurun "Singapore Airlines" aviaşirkəti dünyanın ən yaxşı aviaşirkətlər reytinqinə başçılıq edir.

Trend-in məlumatına görə, reytinq "TripAdvisor" aqreqatı tərəfindən istifadəçilərin qiymətləri əsasında tərtib olunub.

Reytinqdə ikinci və üçüncü yeri Qətərin "Qatar Airways" və Tayvanın "EVA Air" şirkətləri tutub.

İlk onluğa həmçinin ABŞ-ın "Southwest Airlines", Braziliyanın "Azul", Yeni Zelandiyanın "Air New Zealand", Böyük Britaniyanın "Jet2.com" loukosteri və Yaponiyanın "All Nippon Airways" (ANA) şirkəti də daxil olub.

Bundan başqa, sərnişinlər ən yaxşı birinci sinif salonuna görə "Emirates" aviaşirkətini, ən yaxşı biznes sinfi salonuna görə "Qatar Airways"i, ən yaxşı premium-ekonom və ekonom siniflərinə görə isə "Air New Zealand" və "Singapore Airlines" şirkətlərini fərqləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti