...

Bakıdan "Buta Airways” ilə Xarkova təyyarə reysinin açılışı olub (FOTO)

İqtisadiyyat Materials 4 May 2019 10:31 (UTC +04:00)
Ötən gün Azərbaycanın loukost aviaşirkəti olan "Buta Airways"in Bakı-Xarkov istiqamətində təyyarə reysinin açılışı olub.
Bakıdan "Buta Airways” ilə Xarkova təyyarə reysinin açılışı olub (FOTO)

Bakı. Trend:

Ötən gün Azərbaycanın loukost aviaşirkəti olan "Buta Airways"in Bakı-Xarkov istiqamətində təyyarə reysinin açılışı olub.

Trend-in məlumatına görə, bu şəhər üzrə ilk reys olmasına baxmayaraq təyyarə sənişinlərlə tam dolu vəziyyətdə Heydər Əliyev adına hava limanını tərk edib. İlk uçuşu əməkdar pilot həyata keçirib. Təyyarənin sürəti saatda 850 km, qət etdiyi məsafə isə 1800 kilometr olub.

Təyyarə Xarkova enəndə Azərbaycanlı sərnişinlər sürprizlə qarşılaşıblar. Belə ki, onları Azərbaycan milli geyimində olan ukraynalı azyaşlılar əllərində gül çiçək və tortla qarşılayıblar.

Onlar pilotları və sərnişinləri ilk uçuş münasibəti ilə təbrik edib, kollektiv şəkil çəkdiriblər.

Daha sonra Xarkov hava limanında kiçik mərasim təşkil olunub. Azərbaycan və Ukrayna hava yolları şirkətinin rəsmi nümayəndələri ilk reysin açılışı münasibəti ilə həmyerlilərimizi təbrik ediblər.

Azərbaycan hava yolları şirkətinin Ukrayna üzrə nümayəndəsi Əmirov Yaşar jurnalistlərə açıqlama verərək reysin perspektivli olacağını söyləyib. O, bildirib ki, bu xidmətdən təkcə Xarkovda yaşayan azərbaycanlılar yox, yaxınlıqda yaşayan həmvətənlərimiz də yararlana biləcəklər.

Xarkov Dövlət Administrasiyasının iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə direktoru Andrey Kolosbildirib: "Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways"ın Bakıdan Ukraynanın Xarkov şəhərinə uçuşlara başlaması ölkəmizə, buradakı təhlükəsizliyə olan inamın göstəricisidir".

Üzərində buta yazılan tortun kəsilməsindən sonra qonaqlar furşetə dəvət edilib.

Qeyd edək ki, uçuşlar bugündən etibarən çərşənbə axşamı və cümə günləri olmaqla həftədə 2 dəfə həyata keçiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (birtərəfə) təşkil edəcək.

Bir cərgə üzrə 4 oturacaqlı təyyarələr çox rahat və səliqəlidir. Ucuz büdcəli olsa da, yüksək xidmət göstərilir.

Uçuş Bakıdan Xarkova gedərkən 2 saat 20, oradan Bakıya qayıdarkən isə 2 saat 30 dəqiqə çəkir. 3 saata yaxın yol boyunca stüardessaların nəzakətli davranışları, servis edilən fastfoodlar uçuşdan razı qalmağı təmin edir.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti