...

Hesab.az daha bir yenilik ilə istifadəçiləri sevindirir!

İqtisadiyyat Materials 17 Dekabr 2019 12:00 (UTC +04:00)
Hesab.az tək interfeys dəyişimi ilə deyil, eləcə də yeni ödəniş xidmətləri və kampaniyalar da təqdim edir və istifadəçilərin marağını qoruyur.
Hesab.az daha bir yenilik ilə istifadəçiləri sevindirir!

Bakı. Trend:

Bildiyimiz kimi ötən ilin sentyabr ayında Hesab.az yenilənərək istifadəyə verilmişdi. Hesab.az komandası olaraq bu bir il ərzində istifadəçilərimizin müraciət və təkliflərinin hər birini nəzərə aldıq və keçən həftədən etibarən Hesab.az veb səhifəsi və mobil görünüşün interfeysində təkmilləşdirmə işləri edilərək yeni dizayn ilə istifadəyə verildi.

Yeni interfeys ilə Hesab.az veb səhifəsi və mobil görünüşündə birbaşa ödəniş, saxlanılan və avtomatik ödənişlər, ödəniş tarixçəsi, icbari avto sığorta və səyahət sığortaının alışı və bu kimi digər yararlı xidmətlər ana səhifədə yer alıb ki, bu da ödəmələrin daha sürətli edilməsini təmin edir. Bundan əlavə yeni interfeysi ilə istifadəyə verilmiş Hesab.az veb səhifəsi indi daha rahat və ən əsası ödənişlər daha təhlükəsizdir.

Hesab.az tək interfeys dəyişimi ilə deyil, eləcə də yeni ödəniş xidmətləri və kampaniyalar da təqdim edir və istifadəçilərin marağını qoruyur. İstifadəçilərimizə təqdim edilən yeni funksiya ilə kartı nəinki Hesab.az-da, həm də Masterpass altında kartı yaddaşda saxlaya bilir və növbəti ödəniş zamanı məlumatları təkrarən qeyd etməyə ehtiyac qalmır. Bununla belə hazırda Hesab.az-da Masterpass kampaniyası ilə istifadəçilər 31 Dekabradək minimum 20 AZN ödəniş edib, endirim əldə edir və Hesab.az-da Xalq Bankın dəstəyi ilə 20 Dekabradək istifadəçilərimiz PULSUZ Xalq Bank Visa Classic debit kartı əldə edə bilirlər.

Hesab.az istifadəçilərin müraciətlərini nəzərə alaraq, növbəti il üçün bonuslarla bağlı və loyallıq proqramı üzrə bir sıra planlar edir, həmçinin Hesab.az mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb.

Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti