...

"Azərenerji" ASC #evdəqal videoçarxı yayımladı

İqtisadiyyat Materials 27 Mart 2020 16:25 (UTC +04:00)
"Azərenerji" ASC  #evdəqal videoçarxı yayımladı

Bakı. Trend:

“Azərenerji” ASC koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən #evdəqal aksiyasına dəstək verib. Belə ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.

Trend-in məlumatına görə, videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasilsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et Azərbaycan. Biz birlikdə güclüyük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti