Bakı. Asif Mehman - Trend:
Biz Naxçıvanla uçuşları bərpa etdik, tədricən uçuşların sayı artırıldı.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, son zamanlar vətəndaşlar Antalya, Bodrum və sair istiqamətlərə istirahətə getmək istəyirlər:
"Amma burada ciddi bir arqument var ki, biz öz rayonlarımıza gediş-gəlişi açmırıqsa, niyə görə digər ölkələrə bunu etməliyik. Ona görə də nə zaman rayonlara gediş-gəliş mümkün olacaq, digər istiqamətlərə də uçuşlar bərpa ediləcək".