...

Azərbaycanda bu il barama təsərrüfatında məhsuldarlıq yüksək olub

İqtisadiyyat Materials 26 Avqust 2020 12:16 (UTC +04:00)
Azərbaycanda bu il barama istehsalı yüksək olub
Azərbaycanda bu il barama təsərrüfatında məhsuldarlıq yüksək olub

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bu il barama istehsalı yüksək olub.

Bunu Trend-ə açıqlamasında barama təsərrüfatı ilə məşğul olan sahibkar Vüsal Ədilzadə deyib.

Sahibkar artıq 4 ildir ki, Füzuli rayonunda baramaçılıqla məşğul olur. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu il daha çox məhsul götürüb: "4 ildə ən çox məhsuldarlıq ötən il olmuşdu. 9 qutu baramadan 400 kiloqram məhsul götürmüşdüm. Bu il isə daha məhsuldar oldu. Bu il eyni qutu baramadan 547 kiloqram ipək götürmüşük. Baramanı mənə dövlət sahibkarlığın inkişafı məqsədilə verib. Qalan işləri özüm edirəm. Baramanın yemi, saxlanma yeri və qulluğu özümüz edirik. Yəni öz ailə təsərrüfatımın yaranması üçün dövlət yardım etdi və təsərrüfatı qurdum. Baramanın saxlanmasına əlavə işçi qüvvəsi cəlb etmirik, ailə üzvlərimiz məşğul olur. Əldə olunan məhsulu da dövlət alır, ödəniş edir. Bir kiloqram məhsulu 5 manata satırıq".

Sahibkar bildirir ki, bir qutuda 70 min barama qurdu olsa da, məhsuldarlığa qədər onlardan orta hesabla 50 mini qalır: "Həmin baramalardan ölən olur, hardasa orta hesabla bir qutuda 50 min barama qurdu qalır. Hər barama qurdu isə təqribən 20 qram ipək istehsal edir. Təxminən bir qutudan 50-70 kiloqrama qədər ipək götürmək olur. Məhsul ildə bir dəfə əldə edilir. Əldə edilən məhsulu təhvil verəndə subsidiyamızı alırıq".

V.Ədilzadə bildirir ki, barama qurdları yalnız tut yarpağı ilə qidalanır: "Onun qidası vaxtında çatdırılmasa məhsul vermir. Tut yarpağı təzə olmalıdır, qida tez-tez dəyişdirilməlidir və yarpaq köhnəlməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti