Xaricdən malların gətirilməsi ilə bağlı edilən dəyişikliklər - İZAH

Xaricdən malların gətirilməsi ilə bağlı edilən dəyişikliklər - İZAH

Bakı. Elçin Mehdiyev – Trend:

Məlum olduğu kimi, avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, bu qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.

Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.

Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.

Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.

Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.

Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi zərurəti yaranıb. Qərarda aşağıdakı dıyişikliklər qeyd edilib:

-1.5-ci bəndin ikinci cümləsindən “ən azı” sözləri çıxarılaraq, həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.”;

(Dəyişikliyə əsasən fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, artıq olan hissə nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişlərinə cəlb olunur.)

2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilməklə 1500 və 1000 ABŞ dolları ekvivalenti məbləği olaraq 800 və 300 ABŞ dolları ekvivalenti məbləği ilə əvəz edilib:

“2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”

2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”;

(2.1.4-cü yarımbəndinə edilən dəyişikliyə əsasən qeyd olunan həddlərdən artıq hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən mallar gömrük ödənişlərinə cəlb olunacaq.)

-2.3-cü bənd aşağıdakı redaksiyada verilib:

“2.3. İki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir;

(Dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən müəyyən olunmuş həddlərdən artıq ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələri gömrük ödənişlərinə cəlb olunacaq.)

- 3-cü hissənin adından “yazılı formada” sözləri çıxarılıb:

-3.3-cü bənddə “yazılı” sözü “gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron)” sözləri ilə əvəz edilsin;

-3.7-ci bənd aşağıdakı redaksiyada verilib:

“3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür.”;

(Dəyişikliyə əsasən fiziki şəxslər tərəfəndin ölkə ərazisinə gətirilən və “Qırmızı kanal” buraxılış sistemi ilə gömrük sərhədindən keçirilən mallar dair həmçinin əvvəlcədən elektron formada bəyannamə təqdim olunması da mümkün olacaq.)

-3.9-cu bənddə “və ya onun” sözləri, “daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların” sözləri ilə əvəz edilib.

-3.10-cu, 3.11-ci və 3.18-ci bəndlər aşağıdakı redaksiyada verilib:

“3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14- cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir.

3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür

3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.”;

-Qaydalara 1 nömrəli əlavə - “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” üzrə:

6-cı hissəyə “valyuta” sözündən əvvəl “xarici” sözü əlavə edilsin;

Aşağıdakı məzmunda 8-ci və 9-cu hissələr əlavə edilsin:

“8. 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar.

9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.”.

(Dəyişikliyə əsasən qeyd olan məbləğdə milli valyuta və ölkə ərazisinə qeydiyyata alınması üçün daimi olaraq gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları yazılı formada gömrük orqanlarına bəyan olunmalıdır.)

Onu da qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaqdır.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir.

İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Loading Bars
Xəbər lenti
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Bütün xəbərlər