...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 3 Sentyabr 2020 12:14 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 2-də 44,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,04 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti