Bizim yolumuz haqq yoludur

Bizim yolumuz haqq yoludur

Bakı. Trend:

Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur: «Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq".

Bu günlər xalqla ordunun birliyi daha önəmlidir. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Əlbəttə, müharibə qurbansız olmur. Şəhid verməyi bacaran xalq yenilməzdir.
"Torpaq, əgər uğrunda ölən varsa,
Vətəndir".

Biz işğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Şəhidlik zirvəsinə ucalaraq, qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər.

Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir.

"Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!» söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir -
Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq: “Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.

Bu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqımızı bu münasibətlə təbrik edən dövlətimizin başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir: “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Azərbaycan insanı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir.

Bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür: Ən əsası, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil. Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də, Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.

"İrəli, Azərbaycan əsgəri!
Eşq olsun Azərbaycan əsgərinə!"

Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. 12 iyul hadisələrindən sonra istər ölkə daxilində, istərsə də xaricdə orduya dəstək adı altında keçirilən yürüşlər, aksiyalar da deyilənlərin təsdiqidir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə yalnız sayla ifadə olunmur. Bu, eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür. Cənab Prezidentimizin də qeyd etdiyi kimi bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.Ermənistan işğalçı dövlətdir ,bu işğala son qoyulmalıdır və son qoyulacaqıdr.

Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılıb və talan edilib. Düşmən işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə azərbaycanlıların bütün izlərini silməkdir. Çox keçməyəcək, mərd, cəsur əsgərlərimizin iradəsi və torpaqlarımızın azad olunması yolunda irəliyə yönəlmiş addlmları sayəsində erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi , dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da hec kimə verən deyilik.

Bu gün biz bir olub düşmənlərimizin yanan bütün işiqlarını söndürməli, öz torpaqlarımızda Günəş kimi parlaq işıq saçmalıyıq.

Son hadisələr göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Əminik ki, məğrur ordumuzun qətiyyətli addımları sayəsində tezliklə münaqişə hansı yolla olursa-olsun, öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Dağlıq Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaqdır!

Nurlanə Əliyeva,
YAP Qaradağ rayon Təşkilatı Siyasi şurasının üzvü, YAP Qaradağ RT Qadınlar şurasının sədr müavini.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edir (FOTO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Bütün xəbərlər