Bakı. Elçin Mehdiyev - Trend:
Son günlər mediada, sosial şəbəkələrdə şaiyələrlə qarşılaşırıq ki, növbəti il devalvasiya olacaq. Bütün bu şaiyələr əsassızdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
E.Rüstəmov bildirib ki, arzuolunmaz qüvvələr bunu reallıq kimi görür: “Lakin sizi əmin edirəm ki, bu proseslər üçün heç bir əsas yoxdur. Əgər böhranın ən kəskin dövründə Azərbaycan hökuməti bu məsələyə getmədisə, indi də getməyəcək.
Azərbaycan əhalisini belə şayiələrə inanmamağa çağırırıam. Azərbaycan cəmiyyətində bir aktivlik, nikbinlik var, qoy heç kim bizim nikbinliyimizə kölgə sala bilməsin”.