...

Sərnişindaşıma ilə məşğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub - DANX

İqtisadiyyat Materials 7 Yanvar 2021 11:31 (UTC +04:00)
Sərnişindaşıma ilə məşğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub - DANX

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq:

“Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq”.

N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq: “Bu məsələyə nəzarət gücləndiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti