Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən il 4559 nəfər əlilliyi olan şəxs müxtəlif işlərə cəlb olunub.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Ötən il ərzində 2750 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. Bundan əlavə, 2020-ci il ərzində 1809 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Xatırladaq ki, ötən il nazirlik 11344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.