...

Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

İqtisadiyyat Materials 6 Fevral 2021 12:04 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 60,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti