Bakı. Sədrəddin Ağcayev - Trend:
Yaxın zamanlarda bütün "MilliÖn" kartomatlarında yeni əskinaslarla "BakıKart" nəqliyyat kartlarının doldurulması xidməti işə salınacaq.
Bunu Trend-ə "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, "MilliÖn" "BakıKart"la birgə terminalların proqram təminatının yenilənməsi üzrə iş aparır:
"Yenilənmədən, bir sıra xidmətlərin təkmilləşdirilməsindən sonra bütün mövcud terminallarda gediş kartlarının yeni əskinaslarla doldurulması mümkün olacaq".
O qeyd edib ki, hazırda yeni əskinasların qəbulu Bakıda avtobus dayanacaqlarında yerləşən 150 terminalda mümkündür:
"Market və digər obyektlərdə yerləşən terminalların proqram təminatının yenilənməsi üzrə işlər davam edir".
(Tərcümə: Orxan Nəbiyev)