Bakı. Elçin Mehdiyev – Trend:
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün daim addımlar atılır və bu istiqamətdə yaxın zamanlarda yeniliklər gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Şentop bildirib ki, artıq Türkiyə vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilir:
“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bu ilin mart ayında Preferensial Ticarət Sazişi təsdiq edilib. Hazırda Sərbəst Ticarət Sazişi üzərində iş aparılır və bu saziş təsdiq edildikdən sonra iqtisadi əlaqələrimiz daha da gücləndirəcək”.