...

Kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndiriləcək

İqtisadiyyat Materials 26 Avqust 2021 11:06 (UTC +04:00)
Kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndiriləcək

Bakı. Zeyni Cəfərov - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaxın gələcəkdə aqrar sahədə innovativ həllərin tətbiqini genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Agentliyin nümayəndəsi Mirzə Əliyev "Enactus Azerbaijan" milli çempionatının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə gənclər böyük kömək göstərə bilər:

"Bu gün gənc kadrlara hər yerdə tələbat var və bizim agentliyimiz də istisna deyil. Bir neçə il əvvəl müəyyən strukturlarda işləyən gənc kadrların sayı çox deyildi".

O, qeyd edib ki, bu gün həm də gənc rəhbərlərin sayı artır: "Azərbaycanda gənclərin inkişafına yönəlmiş siyasətin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub".

Qeyd edək ki, "Enactus" prakitiki təlim üçün dünyada ən iri platformadır. Bu platformanın məqsədi tədris vasitəsilə lider sahibkarların və sosial novatorların yetişdirilməsidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti