...

Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 11 Sentyabr 2021 14:00 (UTC +04:00)
Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 milyard 337,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 11 milyard 039,3 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 297,9 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4 milyard 741,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,0 faiz artıb, real ifadədə isə 6,7 faiz, o cümlədən idxal 12,4 faiz, ixrac 2,4 faiz azalıb.

2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1354,3 milyon dollar təşkil edib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti