...

Otuzdan artıq sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 29 Sentyabr 2021 14:53 (UTC +04:00)
Otuzdan artıq sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bakı. Çingiz Səfərli - Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 28-də qida məhsulları sahəsində fəaliyyət göstərən 33 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilən tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyekt:

Subyektin adı

Fəaliyyət

istiqaməti

İmtina səbəbi

1

Qurbanov Elxan Sabir oğlu

saxlanma

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti