Bakı. Trend:
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, budəfəki proqramda "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması təkcə Qarabağın deyil, bütün bölgə ölkələrinin iqtisadiyyatına müsbət töhvə verəcəyi, dünyada enerjiyə olan təlabatın artığı bir zamanda Azərbaycanın alternativ enerji mənbələri layihələrini icra etməsi ölkəmiz üçün gətirəcəyi iqtisadi dividentlər və Azərbaycan Avropanın neft və qaz təminatçısı kimi öz mövqelərini daha da möhkəmləndirməsi müzakirə olunub.
Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.
Buraxılışı təqdim edirik: