...

Brexit Britaniya avtomobil sənayesinə təsirini göstərib

İqtisadiyyat Materials 13 Oktyabr 2021 21:32 (UTC +04:00)
Brexit Britaniya avtomobil sənayesinə təsirini göstərib

Bakı. Trend:

Brexitdən sonra enerji qiymətlərində sıçrayış və Aİ-nin yeni qaydaları İngiltərənin əsas ixracatına - avtomobil ixracına təsirini göstərməyə başlayıb.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, avtomobil sənayesinin nümayəndələri bu sahədə rəqabət qabiliyyətlərinin aşağı düşəcəyindən narahatdırlar.

Britaniya Avtomobil Nəqliyyatçıları və Tacirləri Cəmiyyətinin məlumatına əsasən, 10 şirkətdən 9-u Aİ-dən çıxdıqdan sonra xərclərində artım yaşayıb və firmaların 60 faizi blokla ticarətin əlavə xərclərinin "çox" olduğunu bildirib.

Bu problemlərə baxmayaraq, Aİ İngiltərənin əsas ticarət tərəfdaşı olaraq qalır, çünki istehsal olunan avtomobillərin təxminən yarısı ittifaq ölkələrinə gedir və ixrac olunan nəqliyytaın demək olar ki, hamısı Avropa yollarına çıxır.

Bildirilir ki, 2021-ci ildə Avropaya Britaniya ixarcı iki milyard funt sterlinq azalaraq 72 milyard təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti